“Liverpul” futbolçusunu cəzalandırıb - 2 həftəlik maaşı verilməyəcək
25.09.2025 - 19:55
“Liverpul” Uqo Ekitikeni cəzalandırıb.
“Apasport.az” xəbər verir ki, İngiltərə Liqa Kubokunun 1/16 final mərhələsində “Sauthempton”la oyunda qırmızı vərəqə alan fransalı hücumçuya klub tərəfindən intizam cəzası verilib.
Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Mersisayd təmsilçisi, futbolçunun yersiz vərəqəsinə görə onun 2 həftəlik maaşını kəsəcək.
Qeyd edək ki, Uqo Ekitike komandasını önə keçirən qolu vurduqdan sonra ikinci sarı vərəqə ilə meydandan qovulub.
- XXIII turda təxirə salınmış matçın tarixi açıqlandı
- Rzanı istəyən klubun adı bəlli oldu: "Neftçi"nin qapıçısı yuvadan uçur?
- Azərbaycan klublarına 650 min avro
- Kiyev “Dinamo”sunun futbolçusu Azərbaycan millisinə çağırıla bilər
- "Eqnatiya"nın idman direktoru: "Zamiq Əliyevin performansı yüksək səviyyədədir" - Açıqlama
0
0