“Liverpul” bu yay “Bavariya”ya transfer edilən Sadio Manenin gedişindən 32 milyon avroluq gəlir əldə edib.
Apasport.az saytının məlumatına görə, seneqallı ulduz “qırmızılar”ın tarixi ərzində ən baha qiymətə satdığı 6-cı futbolçu olub.
Premyer Liqa klubunun indiyə qədər ən baha satdığı oyunçu hazırda “Aston Villa”da çıxış edən Filipp Koutinyodur. Klub onun və Luis Suaresin “Barselona”ya keçidindən ümumilikdə 200 milyon avrodan çox xeyir götürüb.
“Liverpul”un 30 milyon avrodan yüksək qiymətə satdığı futbolçular:
1. Filipp Koutinyo - 135 milyon avro
2. Luis Suares – 81,72 milyon
3. Rahim Sterlinq – 63,70 milyon
4. Fernando Torres – 58,50 milyon
5. Xabi Alonso – 34,50 milyon
6. Sadio Mane - 32 milyon
7. Kristian Benteke – 31,20 milyon
- Fernandu Santuş: "Heyətlə bağlı verilən bütün qərarlar mənə aiddir"
- Ozan Canın asisti komandasını məğlubiyyətdən xilas etdi
- III MDB Oyunlarında iştirak edəcək daha iki ölkənin idmançıları Bakıya gəlib
- "Qarabağ"ın U-16 komandası beynəlxalq turnirin qalibi oldu
- Kerem Aktürkoğlu: Avropanı Lərzəyə Gətirən Türk