Luis Enrike rəsmən “İnter”də
07.06.2025 - 15:40
"İnter" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Milan təmsilçisi "Marsel"dən Luis Enrikeni transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"İnter" braziliyalı hücumçu üçün fransalılara 23+2 milyon avro təzminat ödəyəcək. Futbolçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Marsel" Luis Enrikeni 2020-ci ilin sentyabr ayında Braziliyanın "Tres Passos" klubundan transfer edib.
- Azərbaycan Kubokunda 1/4 finalçılar məlum olub
- Nazir: “Futbolda güclü islahatlar lazımdır”
- Aslan Kərimov: “Legioner həyatı yaşayanlar milliyə gələrkən matça tam sədaqətlə çıxmırlar” - Müsahibə
- Azərbaycan Şahmat Federasiyası uşaq evini ziyarət edib
- Kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub
0
0