Luis Suarezin rekordu qırıldı
09.12.2023 - 12:35
![Luis Suarezin rekordu qırıldı](https://apasport.az/storage/news/2023/december/09/big/65740e5511b1d65740e5511b1e170210466165740e5511b1b65740e5511b1c.jpeg)
Santyaqo Ximenez Luis Suarezin nəticəsini yaxşılaşdırıb.
Apasport.az xəbər verir ki, "Feyenoord"un hücumçusu "Volendam"la matçda (3:1) 1 qol vurub.
Meksikalı forvard təqvim ilində vurduğu qolların sayınını 31-ə çatdırıb. 22 yaşlı futbolçu bununla da 2009-cu ildə "Ayaks"ın heyətində 30 qol vuran Luis Suaresin rekordunu geridə qoyub.
Qeyd edək ki, Niderland Erediviziyada bir təqvim ilində qol vurma rekordu Kor van der Giypə məxsusdur. Bu futbolçu 1960-cı ildə 37 dəfə fərqlənərək sözügedən rekordu müəyyənləşdirib.
0
0