Lukaku üçün növbəti cəza: "NAPOLİ"DƏN SANKSİYA
15.04.2026 - 19:21
Lukaku üçün növbəti cəza: "NAPOLİ"DƏN SANKSİYA

"Napoli"nin hücumçusu Romelu Lukaku yenidən "qara zolağ"a düşüb.

Apasport.az xəbər verir ki, o, mövsümün sonuna qədər komandadan kənar qala bilər.

32 yaşlı belçikalı mart ayında bud iltihabı xəstəliyini müalicə etmək üçün Antverpenə səfər edib. Lakin bu addımı atmaq üçün klubdan icazə almayıb.

"Napoli"nin mətbuat xidməti artıq mümkün sanksiyaları açıqlayıb.

Oyunçunun gələcəyi baş məşqçi Antonio Konte və idman direktoru Ciovanni Manna ilə danışıqlardan sonra müəyyənləşəcək. Hücumçu böyük ehtimalla məşqlərdən kənarlaşdırılacaq.

Həmçinin klub futbolçunu yay transfer pəncərəsində satmağı planlaşdırır.

Qeyd edək ki, Lukaku 2024-cü ilin yayından "Napoli"də çıxış edir.