“Mançester Yunayted” heyətini sol cinah müdafiəçisi ilə gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, MY rəhbərliyi yanvarın əvvəlində yeni cinah müdafiəçisi ilə müqavilənin imzalanmasını rəsmiləşdirə biləcəklərinə əmindir.
Klub Miqel Qutyerreş ("Jirona") və Alvaro Fernandez ("Benfika") arasında seçim edəcək.
"Transfermarkt" 23 yaşlı Qutyerreşin dəyərini 25, 21 yaşlı Fernandezin qiymətini isə 18 milyon avro olaraq qiymətləndirir.
Fernandez bu ilin yayına qədər “Mançester Yunayted”ə məxsus olub. Belə ki, klub geri alqı-satqı bəndi sayəsində onu güzəştli qiymətlə komandaya qaytara bilər.
- "Qarabağ"ın futbolçusuna Ərəbistandan təklif gəlib
- Beyl: "Dünya çempionatında oynamaq inanılmaz hissdir"
- Millimizin 3 üzvü dünya çempionatında bürünc üçün yarışacaq
- Nağı Səfərov: “Bakıdakı dünya çempionatına 150 ölkədən 1500 idmançının gəlişi gözlənilir”
- Hüseyn Məhəmmədov: “Mərhələ adlamaq üçün əlverişli imkandır”