"Mançester Yunayted" Reşfordu bu qiymətə satacaq
21.02.2024 - 11:18
!["Mançester Yunayted" Reşfordu bu qiymətə satacaq](https://apasport.az/storage/news/2024/february/21/big/65d59ee356f9865d59ee356f99170849865965d59ee356f9665d59ee356f97.jpg)
"Mançester Yunayted" hücumçusu Markus Reşfordun satışından əldə etmək istədikləri məbləğə qərar verib.
Apasport.az xəbər verir ki, mankunianlar 26 yaşlı hücumçunun transferi üçün ən az 100 milyon funt-sterlinq istəyəcək.
Markusa iddialılar arasında Fransanın PSJ-si də var. Paris nəhəngi yayda "Real Madrid"ə keçəcək Kilian Mbappenin yerinə Reşfordu düşünür.
"Transfermarkt" portalı forvardın bazar dəyərini 70 milyon avro olaraq qiymətləndirir. Futbolçunun "qırmızı şeytanlar"la müqaviləsi 2028-ci ilin yayına qədərdir.
0
0