“Mançester Yunayted”in futbolçusu “Napoli”nin maraq dairəsindədir
12.12.2025 - 16:52
“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainu hələ də “Napoli”nin maraq dairəsindədir.
Apasport.az xəbər verir ki, yayda baş tutmayan keçidə baxmayaraq, Seriya a klubu 20 yaşlı futbolçunu transfer etməyə maraqlıdır.
Bildirilir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim Afrika Millətlər Kuboku səbəbindən heyətdən çox oyunçu itirmək istəmədiyi üçün Mainunu buraxmağa müsbət baxmır.
İngiltərəli futbolçu bu mövsüm bütün turnirlərdə 11 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib. Onun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
0
0