İngiltərə Premyer Liqası təmsilçisi “Mançester Yunayted” futbolçusu Alexandro Qarnaço ilə yollarını ayırmağı planlaşdırır.
Apasport.az xəbər verir ki, İngiltərə klubu argentinalı oyunçusunu birbaşa satmaq əvəzinə başqa bir futbolçu ilə dəyişdirməyi üstün tutur.
Bu barədə “Independent” nəşri məlumat yayıb.
Əsas namizədlər arasında “Aston Villa”dan Olli Uotkins və “Çelsi”dən Nikolas Cekson yer alır. İddialara görə, Mançester təmsilçisi oyunçuların klubları ilə ilkin təmasa keçib.
Qeyd edək ki, Qarnaço Avropa Liqasının finalında Amorim tərəfindən start 11-likdə yer almadığı üçün klubdan ayrılmaq qərarı almışdı.
- Nikola Kaliniç: "Biz "Fənərbaxça" deyilik, hakimlər hər zaman onların lehinə olacaqlar"
- “Benfika”nın futbolçusu “Real”la matçı buraxacaq - Vinisiusa görə
- Azərbaycanın daha bir boksçusu Avropa çempionatının 1/4 finalında
- Milli komandamız beynəlxalq turnirdə mübarizə aparacaq
- Peres "Mançester Yunayted"li ilə maraqlanır