Mbappe millinin məşqində iştirak etmədi
23.09.2026 - 00:25
Fransa millisinin hücumçusu Kilian Mbappenin səhhətində problem yaranıb.
Apasport.az xəbər verir ki, 26 yaşlı futbolçu bu gün keçirilən məşqdə iştirak etməyib.
Məlumata görə, Mbappedə qripə bənzər simptomlar müşahidə olunub və bu səbəbdən ona istirahət verilib.
Fransa millisinin cümə günü Türkiyə ilə keçirəcəyi oyun öncəsi futbolçunun durumu diqqətdə saxlanılır.
Qeyd edək ki, Fransa Millətlər Liqasında Türkiyə ilə yanaşı, Belçika ilə iki, İtaliya ilə isə bir dəfə qarşılaşacaq.
- İnqilab Məmmədov Əvəzedicilər Liqasına göndərildi
- Azərbaycan Karate Federasiyası "Apasport" İdman Agentliyini mükafatlandırıb
- "Qarabağ" yeni qapıçısı pley-off matçlarında iştirak edəcək
- “Qarabağ”dan azarkeşlərə xoş xəbər
- Ronaldo istəyir, Mourinyo buraxmır -"Fənərbaxça"nın ulduzu üçün fantastik təklif
0
0