![Mbappedən iddialı açıqlama](https://apasport.az/storage/news/2023/march/06/big/6405d4349c7ed6405d4349c7ee16781036046405d4349c7eb6405d4349c7ec.png)
PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının 1/8 final mərhələsinin "Bavariya" ilə keçiriləcək cavab oyunu öncəsi iddialı fikirlər səsləndirib.
Apasport.az saytı xəbər verir ki, 24 yaşlı oyunçu almanlarla matçda azarkeşlərə ən az 3 qol vuracağını söz verib.
İlk oyunda 0:1 hesablı məğlubiyyətə baxmayaraq, cavab qarşılaşmasında lazımı nəticə qazanaraq mərhələni keçəcəklərinə inandığını deyən Mbappe Paris klubunda tarix yazacaqlarını da vurğulayıb: “Heç nə bitməyib. Məni təkcə fərdi deyil, kollektiv nailiyyətlər də maraqlandırır. Biz kuboklarla azarkeşlərimizi sevindirməliyik”.
Qeyd edək ki, "Bavariya" - PSJ matçı martın 8-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.