Milli üzvünə “Böyük beşlik”dən təklif
05.02.2023 - 11:49
![Milli üzvünə “Böyük beşlik”dən təklif](https://apasport.az/storage/news/2023/february/05/big/63df5b82de61a63df5b82de61b167558233863df5b82de61863df5b82de619.webp)
İsveçrə millisinin futbolçusu Noa Okafor klubunu dəyişməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, “Zalsburq”un hücumçusu karyerasını “Böyük beşlik” liqalarında davam etdirə bilər.
23 yaşlı forvard İngiltərə və Almaniyanın top-klublarından təkliflər alıb. Okafor keçidin qışda reallaşmasını istəməyib. Bu üzdən transferin yayda reallaşması üçün danışıqlar davam etdirilir.
Qeyd edək ki, Noa 2020-ci ildə “Bazel”dən “Zalsburq”a keçib.
0
0