Modriç "Real"ı tərk edir
22.05.2025 - 10:39
“Real”ın yarımmüdafiəçisi Luka Modriç cari mövsümün sonunda klubdan ayrılacaq.
Apasport.az xəbər verir ki, daha əvvəl komandanın yeni baş məşqçisi olacaq Xabi Alonso xorvatiyalı futbolçunu gələcək mövsümün planlarına daxil etsə də, klub rəhbərliyi onunla yolları ayırmaq qərarına gəlib.
Uzun illər Madrid komandasında çıxış edən Modriç mövsümün sonunda başa çatacaq müqaviləsinin müddətini uzatmaq istəsə də, klub bu məsələ ilə bağlı danışıqlar aparmağı planlaşdırmır.
Qeyd edək ki, Modriç 2012-ci ildən “Real”ın şərəfini qoruyur və bu müddət ərzində 590 oyun keçirib.
- Millətlər Liqası: Yığmamız Belçikaya qalib gəldi
- Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti AAF rəhbərliyi ilə görüşüb - FOTO
- Arif Əsədov: “Qarabağ” səfərdə də qalib gəlməyə qadir komandadır”
- Millimizin üzvü Qırğızıstan klubundan ayrılıb
- Koke Madrid derbilərində ən çox oyun keçirən futbolçu olub
0
0