Mundiallarda ilk
29.07.2023 - 17:26
![Mundiallarda ilk](https://apasport.az/storage/news/2023/july/29/big/64c51411050b364c51411050b4169063732964c51411050b164c51411050b2.jpg)
Qadın futbolçulardan ibarət Fransa millisinin baş məşqçisi Erve Renar tarixə düşüb.
Apasport.az saytının məlumatına görə, mütəxəssis həm kişilərin, həm qadınların dünya çempionatında qələbə sevinci yaşayan ilk baş məşqçi olub.
Onun yetirmələri Avstraliya və Yeni Zelandiyadakı mundialın ikinci turunda Braziliyanı məğlub edib – 2:1. 54 yaşlı mütəxəsis DÇ-2022-də Səudiyyə Ərəbistanının baş məşqçisi kimi Argentina üzərində qələbəyə şahid olub. Həmin qarşılaşmada da 2:1 hesabı qeydə alınıb.
Qeyd edək ki, Fransa millisi iki oyundan sonra 4 xalla F qrupunun lideridir.
- İngiltərə ABŞ-la bərabərə qaldı - YENİLƏNİB
- İlham Yadullayev: "Rusiya, Belarus və Özbəkistan milliləri bizdən çox üstündürlər" - Müsahibə
- BOK Rusiya və Belarus idmançılarına yaşıl işıq yandırdı
- De Byazi millinin heyətini açıqladı
- Zamiq Əliyev: "Eqnatiya"da özümü ən yaxşı şəkildə göstərəcəm" - Müsahibə
0
0