De Yonq menecerini dəyişdi
20.08.2025 - 11:22
De Yonq menecerini dəyişdi

"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq menecerini dəyişib.

Apasport.az xəbər verir ki, o, agenti Əli Dursunun işindən narazı qalıb.

Niderlandlı futbolçu klubla aparılan danışıqlarda özünü aldanmış hiss edib. Bu səbəbdən də menecerinin işindən imtina edib.

Yeni agentin adı hələ ki, məlum deyil.

Qeyd edək ki, Frenki 2024/25 mövsümündə 46 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.