“Napoli”nin sabiq üzvü karyerasını Türkiyədə davam etdirə bilər
20.10.2025 - 14:32
İtaliya millisinin və “Napoli”nin sabiq üzvü Lorenzo İnsinye karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı futbolçu “Kasımpaşa”ya keçməyə yaxındır.
Hazırda tərəflər arasında danışıqlar gedir. İstanbul təmsilçisi azad agent statusu daşıyan təcrübəli futbolçunun istədiyi maaşı verə biləcəyi təqdirdə, tərəflər arasında müqavilə imzalanacaq.
“Napoli”nin yetirməsi olan Lorenzo “Kaveze”, “Foggia”, “Peskara” və “Toronto” klublarında oynayıb.
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL
- Zemfira Meftahəddinova və Rəfiqə Şabanova Prezidentin fəxri diplomu ilə təltif olundu
- “Çelsi” niderlandlı forvardla maraqlanır
- Mixal Skoraş: “Revanşdan əvvəl kiçik üstünlük əldə etdik”
- Luis Qustavo Braziliyaya qayıdır
0
0