Özbək futbolçu “Siti”də
19.01.2025 - 23:29
İngiltərə Premyer Liqası komandalarından “Mançester Siti” heyətini gücləndirməyə davam edir.
Apasport.az xəbər verir ki, klub, Fransa Liqa 1 təmsilçilərindən “Lens”in şərəfini qoruyan Abdukodir Xusanovu transfer edib.
Bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.
20 yaşlı müdafiəçi yeni komandasında “45” nömrəli formayla çıxış edəcək.
Qeyd edək ki, Özbəkistan millisinin üzvü “Lens”ə 2023-cü ildə Bolqarıstanın “Energetika” klubundan 100 min avro qarşılığında transfer olunmuşdu.
- Braziliyalı hücumçu C seriyası klubunu “Sabah”dan üstün tutdu
- Nağı Səfərov: “Bakıdakı dünya çempionatına 150 ölkədən 1500 idmançının gəlişi gözlənilir”
- "Neftçi" "Abşeron"un qonağı olacaq
- Azərbaycan çempionatında III turun proqramı açıqlanıb
- Azərbaycan stolüstü tennisçiləri III MDB Oyunlarında gümüş medal qazanıb
0
0