PSJ-dən 110 milyonluq təklif
12.07.2023 - 14:14
PSJ Viktor Osimhenin transferi üçün “Napoli”yə rəsmi təklif göndərib.
Apasport.az saytının məlumatına görə, Fransa klubu nigeriyalı hücumçu üçün 110 milyon avro ödəməyə razı olub.
Lakin neapollular futbolçunu bu qiymətə satmaqdan imtina edib. Parislilər forvarda illik 12 milyon avro maaş vəd etsə də, öncə klubu razılığa gəlməlidir. Onun transferini baş məşqçi Luis Enrike istəyib.
Qeyd edək ki, 24 yaşlı forvard ötən mövsüm 39 matçda 31 qol vurub.
- Azərbaycan çempionatında komanda sayının dəqiqləşəcəyi vaxt açıqlandı
- “Nyukasl”ın futbolçusu saxlanıldı
- Premyer Liqada 2026-cı ilin ilk oyunlarının başlama tarixləri açıqlanıb
- “FIFA series” turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq
- Valdas Dambrauskas: “VAR hakimin verdiyi qərarı dəstəkləməlidir”
0
0