PSJ futbolçusunu icarəyə göndərib
07.08.2024 - 10:38
PSJ-nin yarımmüdafiəçisi Renato Sançes karyerasını ölkəsində davam etdirəcək.
Apasport.az xəbər verir ki, portuqaliyalı futbolçu "Benfika"ya icarəyə verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı dayaq yarımmüdafiəçisi 2024/2025 mövsümünü Lissabon təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, Renato Sançes ötən mövsüm icarə əsasında "Roma"da çıxış edib. Portuqaliya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
- U-17 yeniyetmələr arasında "İstedadların seçimi" yarışının II turu keçiriləcək
- Türkiyə millisi Paris 2024-ün 1/4 finalına vəsiqə qazanıb
- "Borussiya" minimal hesablı qələbə qazandı - YENİLƏNİB
- “Qəbələ” Yunanıstan sınağında - YENİLƏNİR
- Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının vaxtı açıqlandı
0
0