"Qalatasaray" meydana çıxır – "Monza" ilə üz-üzə
24.07.2026 - 16:35
"Qalatasaray" meydana çıxır – "Monza" ilə üz-üzə

"Qalatasaray" bu gün yay hazırlığı çərçivəsində növbəti yoxlama oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi İtaliyanın "Monza" klubu ilə qarşılaşacaq.

Görüş Avstriyanın Lints şəhərində yerləşən "Raiffeisen Arena"da keçiriləcək.

Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, "Qalatasaray" yeni mövsüm öncəsi hazırlıq proqramı çərçivəsində avqustun 2-si "Renn"lə, 8-i isə "Vilyareal"la qarşılaşacaq.