“Barselona”nın müdafiəçisi Ronald Arauxo İngiltərə Premyer Liqasının aparıcı klublarının maraq dairəsində qalır.
Apasport.az “Football Insider”-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun xidmətində həm “Liverpul”, həm də “Çelsi” maraqlıdır.
Hər iki klub Arauxonu 2026-cı ildə transfer etməyi planlaşdırır. Ancaq “Barselona”nın yaxın aylarda – xüsusilə də, yanvar pəncərəsində onu satmağa razı olacağı inandırıcı görünmür.
Uruqvaylı futbolçu ilə Kataloniya klubunun müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir.
Arauxo Hans-Diter Flikin rəhbərliyi altında bu mövsüm “Barselona”nın heyətində 7 matçda meydana çıxıb və 1 qol vurub. Onu transfer etmək istəyən hər iki klub “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibləridir.
- Branimir Subaşiç: “Azərbaycan millisi Belçika ilə görüşdə daha çoxuna layiq idi” - MÜSAHİBƏ
- Meksika səfiri Əfran İsmayılovun evində qonaq oldu
- Rüfət Quliyev: "Bunun özü də təzyiqdir və futbolçulara təsir edir"
- Rişarilson “Real”la “İnter”in hədəfində
- "Neftçi" Fərrux Mahmudov ilə yollarını ayırdı - Rəsmi