“Real” Bellinqemin transferini razılaşdırdı
07.06.2023 - 18:26
“Real” Cud Bellinqemin transferi ilə bağlı razılıq əldə edib.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu yarımmüdafiəçinin forma geyindiyi Dortmund “Borussiya”sı ilə ortaq məxrəcə gələ bilib.
Bu keçid hər iki klub üçün ən bahalı transferlərdən biri olacaq. Madrid təmsilçisi Cud üçün 100 milyon avrodan artıq ödəyəcək.
Keçidin rəsmiləşməsi üçün futbolçu tibbi müayinədən keçməlidir. İngiltərəlinin yaxın günlərdə Madridə yollanacağı gözlənilir.
Qeyd edək ki, Cud Bundesliqanın son mövsümündə 31 oyunda 8 qol vurub.
- Ronaldo: “Sanki futbolu bitirmişdim” - Çətin həftədən danışdı
- Ağır atletika üzrə Avropa çempionatından geri çağırılan azərbaycanlı atletlər Ermənistanı tərk etdi - YENİLƏNİB
- Argentinalı ulduz "Qalatasaray" yolunda - YENİLƏNİB
- "Sabah"ın üzvü yeniyetmə futbolçularla görüşüb
- DÇ-26: İsveç Tunisi darmadağın etdi - YENİLƏNİB
0
0