"Real" Mbappedən imtina etdi, PSJ isə...
30.01.2024 - 18:47
"Real" və PSJ-nin ulduz hücumçu Kilian Mbappe ilə bağlı mövqeləri məlum olub.
Apasport.az "AS"a istinadla xəbər verir ki, Los Blankos 25 yaşlı fransızın transferindən imtina edib.
PSJ-yə gəlincə, parislilər əks mövqedədir. Fransa nəhəngi Kilianı klubda saxlamaq istəyir.
Xatırladaq ki, PSJ 4 illik müqavilə imzalamaq istədiyi fransalıya 400 milyon avro təklif etmişdi.
Qeyd edək ki, hücumçunun Paris klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.
- "Neftçi"də Qriqorçuk dövrü başa çatdı - Yerinə o gəlir
- Mehdi Hüseynzadə adına stadionda mövsümün rekordu qırıldı
- "Alaves" "Betis"i Kral Kubokundan kənarlaşdırdı
- Sərxan Hacıyev: “Yerli məşqçi təyinatı ilə bağlı məlumat veriləcək”
- Həndbol üzrə Azərbaycan çempionatlarında 2025/2026 mövsümünə start verilib
0
0