"Real" üçün şok: Mbappe zədələnib
25.09.2024 - 10:55

La Liqa təmsilçilərindən “Real Madrid” ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, “kral klubu”nun hücumçusu Kilian Mbappe zədələnib.
Fransız ulduz dünən İspaniya çempionatının 7-ci turu çərçivəsində baş tutan "Real" - "Alaves" matçının ilk hissəsində zədələnərək meydandan çıxıb.
40-cı dəqiqədə yerini Cud Bellingemə verən Kilianın son durumu tibbi müayinədən sonra bilinəcək.
Onun növbəti tur “Atletiko” ilə matçda iştirakı sual altındadır.
- Murad Musayevin gedişi ilə bağlı: "Sanki Aleks Ferqyuson "Mançester Yunayted"dən gedib"
- "Latsio" baş məşqçisini istefaya göndərə bilər
- Futbolçu oyun zamanı HUŞUNU İTİRDİ
- Vasili Berezutski: “Hələ çox işləməliyik”
- Osimhenlə komanda yoldaşı olmuş “Kəpəz”in forvardı: “Nəyin necə olacağını heç vaxt bilmək olmur” - Müsahibə
0
0