"Real"ın arzusu ürəyində qaldı
21.01.2025 - 14:32
İspaniya La Liqası təmsilçisi "Real"ın transfer planı baş tutmayıb.
Apasport.az xəbər verir ki, "kral klubu" Alfonso Deyvisi heyətinə qata bilməyib.
Bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.
O, bildirib ki, "Bavariya" futbolçusunu komandada saxlamağı bacarıb. Tərəflər nəhayət ki, razılığa gələ biliblər.
Münhen təmsilçisi cinah müdafiəçisi ilə yaxın günlərdə yeni müqavilə imzalayacaq. Sözləşmə 2030-cu ilin yayına qədər nəzərdə tutulacaq.
Qeyd edək ki, Deyvis 2018-ci ildən Almaniya klubunun şərəfini qoruyur.
- Təmsilçimiz lider mövqeyində qərarlaşıb
- DÇ-2022: Qələbəyə görə 709 məhkum azadlığa buraxıldı
- ÇL: “Barselona” “Bavariya”nı darmadağın etdi, “İnter” son dəqiqədə 3 xal qazandı - YENİLƏNİB
- "Trabzonspor" 4 cavabsız qolla qalib gələrək "Beşiktaş"a rəqib oldu
- Millimizin Fransa ilə oyununun biletləri satışa çıxarılıb
0
0