Renat oynamadı, "Hatayspor" turu darmadağınla keçdi
16.01.2024 - 23:24
![Renat oynamadı, "Hatayspor" turu darmadağınla keçdi](https://apasport.az/storage/news/2024/january/16/big/65a6bfd825cbc65a6bfd825cbd170542690465a6bfd825cb865a6bfd825cba.png)
Futbol üzrə Türkiyə Kubokunda 5-ci turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" öz meydanında I Liqa təmsilçisi "Sakaryaspor"u qəbul edib.
5:1 hesablı qələbə qazanan Super Liqa təmsilçisi növbəti mərhələyə yüksəlib.
Renat Dadaşov bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvünün adı matçın iştirak ərizəsinə daxil edilməyib.
0
0