Kriştiano Ronaldo klub karyerasındakı qollarının sayını 700-ə çatdırıb.
Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”in hücumçusu Premyer Liqanın X turunda “Everton”la səfər oyununda fərqlənməklə buna nail olub.
Komandasına qələbə gətirən topun (2:1) müəllifi olan portuqaliyalı superulduzun “qırmızı şeytanlar”dakı ümumi qol sayı 144 olub. 37 yaşlı forvard həmçinin “Real”da 450, “Yuventus”da 101, “Sportinq”də isə 5 qol vurub.
Bundan əlavə, Ronaldo bu mövsüm Premyer Liqada siftə etməklə, ardıcıl 20-ci mövsümdə ölkə çempionatında qol vurmağa müvəffəq olub.

Qeyd edək ki, “Mançester Yunayted” hazırda 15 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
- Krunoslav Renduliç: "Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq"
- Martines istefa verdi - Portuqaliya millisində ayrılıq
- 57 yaşlı hücumçu peşəkar karyerasına bu klubda davam edəcək
- Meza Kolli: “Mutu “Neftçi” üçün yaxşı işlər görəcək” - Eksklüziv
- Canni de Byazi: “Eynək taxdım ki, bəlkə millimizə düşər”