Sabiq “Fənər”li “Torino”ya keçə bilər
28.01.2025 - 20:58
Almaniya Bundesliqası komandalarından "Leypsiq"in yarımmüdafiəçisi Elif Elmas karyerasını "Torino"da davam etdirə bilər.
Apasport.az xəbər verir ki, klub ilkin mərhələdə futbolçunu icarəyə götürmək niyyətindədir.
Razılaşmaya əsasən, müqavilədə 17 milyon avroluq satınalma maddəsi yer alacaq.
Xatırladaq ki, Elif Elmas "Fənərbaxça" və "Napoli" kimi klublarda çıxış edib.
Qeyd edək ki, makedoniyalı yarımmüdafiəçi bu mövsüm Almaniya təmsilçisinin heyətində çıxış etdiyi 6 oyunda 1 assistlə yadda qalıb.
- III MDB Oyunlarına 3000-ə yaxın könüllünün cəlb olunması gözlənilir
- Qara Qarayev üçün il başa çatdı
- Şakira Pikeyə mahnı oxudu: “Sənin kimi oğlanlar üçün deyiləm”
- Millimiz bu növ üzrə Paris-2024-ə ən çox vəsiqə qazanan ölkələrdən biridir
- “Azərreyl” Almaniya klubuna uduzub, mübarizəni dayandırdı – YENİLƏNİB
0
0