Saka "Arsenal"da qaldı
19.02.2026 - 20:52
"Arsenal"da yeni müqavilə qeydə alınıb.
Apasport.az xəbər verir ki, London təmsilçisi Bukayo Sakanın sözləşməsinin müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərə millisinin üzvü ilə uzunmüddətli müqavilə imzalandığı bildirilib.
Qeyd edək ki, Bukayo Saka "Arsenal"ın yetirməsidir. 24 yaşlı vinger bu mövsüm "topçular"ın heyətində meydana çıxdığı 34 rəsmi matçda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
- Dünya çempionumuz: “Hədəfim Olimpiya Oyunların qızıl medalını qazanmaqdır”
- Azərbaycan Kuboku: NTD 1/4 finalda!
- Azərbaycan şahmatçıları təlim-məşq toplanışına başlayıblar
- XİN Ermənistanı Azərbaycan bayrağını yandıran şəxsi dərhal məsuliyyətə cəlb etməyə çağırdı
- "Sumqayıt" - "Şamaxı" qarşılaşmasının biletləri satışa çıxarılıb
0
0