Salah Runinin rekorduna çatır
21.10.2024 - 10:57
![Salah Runinin rekorduna çatır](https://apasport.az/storage/news/2024/october/21/big/6715fc43be2736715fc43be27417294940836715fc43be2646715fc43be272.jpg)
"Liverpul"un hücumçusu Muhammed Salah Ueyn Runinin Premyer Liqa rekordunu təkrarlamağa yaxındır.
Apasport.az "Opta"ya istinadla xəbər verir ki, Salah 34-cü dəfədir ki, eyni matçda həm qol, həm də məhsuldar ötürmə ilə fərqlənib.
32 yaşlı hücumçu buna "Çelsi" ilə matçda (2:1) 1 qol, 1 ötürmə ilə nail olub.
Tarixdə yalnız bir oyunçu bu uğuru daha çox təkrar edib - "Mançester Yunayted"in və "Everton"un keçmiş hücumçusu Ueyn Runi (36).
Qeyd edək ki, Salah cari İngiltərə çempionatında 8 oyunda 5 qol vurub və 5 məhsuldar ötürmə edib.
0
0