Serxio Ramos klubsuz qala bilər
10.02.2024 - 15:23
"Sevilya" bu mövsümün sonunda mərkəz müdafiəçisi Serxio Ramosla yollarını ayıra bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.
Əndəlus klubunun rəhbərliyi 37 yaşlı futbolçu ilə müqavilənin uzadılmasının mümkünlüyünə şübhə edir. Tərəflər arasında mövcud sözləşmənin müddəti iyunun sonunda bitir.
Qeyd edək ki, Serxio ötən ilin sentyabrında azad agent kimi "Sevilya"ya keçib. Bu mövsüm müdafiəçi 22 matçda iştirak edib, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.
- "Göztəpə" ulduzunu buraxmadı: Romulo ilə 3 illik müqavilə
- Avropa Oyunları: Boksçumuz finala yüksəldi və Paris-2024-ə lisenziya qazandı - FOTOLENT
- Boksçularımız Bolqarıstan toplanışına başladı
- Bosniya və Herseqovinanın Azərbaycan millisi ilə oyun üçün heyəti bəlli olub
- “Real” əfsanəsinə “yaşıl işıq” yandırdı
0
0