“Liverpul”un optimal heyəti hər mövqedə “Real”dan güclüdür”.
Apasport.az saytının məlumatına görə, bunu “Liverpul”un əfsanəvi futbolçusu Ceymi Karrager bu komandanın Çempionlar Liqasının finalında “Real” önündəki şanslarını dəyərləndirərkən deyib.
44 yaşlı mütəxəssis “qırmızılar”ın bütün diqqətini məhz mayın 28-də keçiriləcək həlledici görüşə cəmləməli olduğunu düşünür: “Liverpul” İngiltərə Premyer Liqasına üstünlük verməməlidir. Mən demirəm ki, Yurgen Klopp çempionluğu qurban versin. Amma Çempionlar Liqasını qazanmaq şansları Premyer Liqanın çempionu olmaqdan daha çoxdur”.
Qeyd edək ki, “Liverpul” – “Real” oyunu “Stad de Frans”da keçiriləcək.
- Müdafiə Nazirliyi: Qarabağda antiterror əməliyyatlarına başlanıldı
- Samir Abasov: “Bu işi davam etdirəcəyik”
- Messi, Ronaldo, yoxsa Lamin Yamal... - "Ən yaxşı" futbolçu kimdir?
- İrəvanda mükafat qazanan idmançı: “Hər iki ölkəni çox yaxşı təmsil etdiyimizi düşünürəm”
- Belçika millisinin üzvü “Atletiko”nu tərk etdi - RƏSMİ