Türkiyə Super Liqasının XIV turu çərçivəsində “Fənərbaxça” evdə “Qalatasaray”la qarşılaşıb.
Apasport.az xəbər verir ki, görüş 1:1 hesabı ilə başa çatıb.
“Sarı-lacivərdlilər”in baş məşqçisi Domeniko Tedesko oyundan sonra keçirilən mətbuat konfransında bir sıra fikirlər səsləndirib:
“Bu gün çox şeyi yaxşı etdiyimizi düşünürəm. İlk hissədə oyuna rahat şəkildə başlamaq istəyirdik və bunu “Beşiktaş”la matçda da sınamışdıq. İlk 10-15 dəqiqədə sadə oynayaraq “Qalatasaray”ın öz meydanında bizim uzun ötürmələrimizi necə qarşılayacağını görmək istədik. Bunu yaxşı bacardıq, lakin geri düşməyimizin səbəbi Sanenin fərdi ustalığı oldu. İkinci hissədə oyuna tam nəzarət etdik. Əlimizdən gələnin ən yaxşısını etdiyimizi düşünürəm”.
- "Trabzonspor" – "Qalatasaray" matçı bu kanalda
- "Qarabağ"ın rəqibinin baş məşqçisi narazıdır: "9 top buraxmışıq"
- Namibiya Milli Olimpiya Komitəsinin prezidenti: "Azərbaycandan öyrənəcəyimiz çoxlu şeylər var"
- Abşeronda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
- "Nyukasl" Premyer Liqa klubunda müdafiəçi tapdı