Tite qarət olundu
24.12.2022 - 18:37
![Tite qarət olundu](https://apasport.az/storage/news/2022/december/24/big/63a70ed18c3d663a70ed18c3d7167189268963a70ed18c3d263a70ed18c3d4.webp)
Braziliya millisinin sabiq baş məşqçisi Tite qarət olunub.
Apasport.az saytının məlumatına görə, hadisə Rio-de-Janeyroda baş verib.
Cinayətkar 61 yaşlı mütəxəssisin qızıl boyunbağısını alıb. Qarətçi Titenin yığmanın baş məşqçisi olduğunu biləndən sonra Braziliya yığmasının DÇ-2022-dəki uğursuz çıxışından narazılıq da edib.
Qeyd edək ki, Tite DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya uduzduqdan sonra postundan ayrılıb.
0
0