"Tottenhem" "Barselona"nın futbolçusunu istəyir
08.03.2024 - 12:56
“Tottenhem” “Barselona”nın gənclər komandasının futbolçusu Dani Rodriqezlə maraqlanır.
Apasport.az xəbər verir ki, "Spurs"un nümayəndələri 18 yaşlı vingeri komandaya dəvət etməkdə ciddi maraqlıdırlar.
İspaniyalı “Tottenhem”in təklif etdiyi layihə ilə maraqlanır və ingilis klubu da futbolçuya “Barselona”dan daha sərfəli maliyyə şərtləri təklif etməyə hazırdır.
Dani Rodriqez hələ Kataloniya klubunun əsas komandasında debüt etməyib. O, kataloniyalıların heyətində Gənclər Çempionlar Liqasında 7 matçda 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
- Fransa Niderland matçında hesab açılmadı - YENİLƏNİB
- Azərbaycanlı hakim və hakim-inspektorlar qəzaya uğradı: Ölən var
- "Trabzonspor" 4 cavabsız qolla qalib gələrək "Beşiktaş"a rəqib oldu
- Mədinə Sadıqova: “Rəqibin taktikası ilə döyüşdüyüm üçün yenildim”
- Acunun komandası baş məşqçi ilə yollarını ayırıb
0
0