“Tottenhem” hücum xəttini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, London klubu PSJ-nin hücumçusu Randal Kolo Muani ilə maraqlanır.
Bu barədə “Tuttosport” məlumat yayıb. “Tottenhem” fransalı forvardla müqavilə imzalamaq istəyir. Komandanın baş məşqçisi Roberto de Zerbinin də futbolçunun potensialını yüksək qiymətləndirdiyi bildirilir.
PSJ Kolo Muanini satınalma hüququ ilə icarəyə göndərmək variantını nəzərdən keçirməyə hazırdır. Transferin ümumi dəyəri təxminən 40 milyon avro ola bilər.
Qeyd edək ki, 27 yaşlı hücumçu ilə “Yuventus” da yaxından maraqlanır. Turin klubu ötən yaydan bəri onun keçidi üçün fəal çalışır. Kolo Muani 2025/26 mövsümündə icarə əsasında “Tottenhem”də 41 oyuna çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.