"Tottenhem"in zədəli futbolçusu məşqləri bərpa etdi
25.01.2024 - 13:36
!["Tottenhem"in zədəli futbolçusu məşqləri bərpa etdi](https://apasport.az/storage/news/2024/january/25/big/65b21f069d54165b21f069d542170617216665b21f069d53f65b21f069d540.webp)
“Tottenhem”in yarımmüdafiəçisi məşqləri bərpa edib.
Apasport.az xəbər verir ki, komandanın aparıcı futbolçularından olan Ceyms Meddison zədəsini sağaldıb.
27 yaşlı yarımmüdafiəçi 2023-cü ilin noyabr ayının əvvəlində xəsarət almışdı. O vaxtdan bəri yaşıl meydanlara həsrət qalan ingilis futbolçu komanda ilə qrup məşqlərində iştirak etməyə başlayıb. İddialara görə, o, İngiltərə Kubokunun yanvarın 27-də oynanılacaq “Tottenhem” - "Mançester Siti" matçında meydana çıxacaq.
Qeyd edək ki, cari mövsümdə 12 matçda iştirak edən Meddison aktivinə 3 qol və 6 məhsuldar ötürmə yazdırıb.
0
0