Ukrayna Premyer Liqasında VAR sistemindən istifadə ödənişli olacaq.
Apasport.az saytının məlumatına görə, bunu Ukrayna Futbol Assosiasiyasının (UFA) Hakimlər Komitəsinin sədri Luçano Luçi deyib.
O bildirib ki, VAR-ın istifadəsi sərbəst şəkildə olmayacaq, klublar yalnız öz hesablarına buna əl ata biləcəklər: “Assosiasiyanın komissiyası hər turda VAR-ın işi üzrə bir oyun seçəcək. Yəni yalnız bir görüşün pulunu UFA ödəyəcək. Yeni reqlamentə əsasən, klublar bu sistemin sifarişi üçün Premyer Liqa və UFA rəhbərliyi ilə əlaqə saxlamalıdır”.
Qeyd edək ki, Ukrayna çempionatının startı avqustun 23-nə planlaşdırılıb.
- Slovakiya yığması Azərbaycana baş məşqçisiz gəlir
- Ülviyyə Fətəliyeva: “Mükafatlandırmada komanda yoldaşım Günayla birgə olmaq...”
- Mahir Emreli: “Böyük klublara qarşı oynamağı mən sizdən də çox gözləyirəm” - MÜSAHİBƏ
- Messidən daha bir rekord - Ardıcıl 7-ci DÇ matçında qol vurdu
- Günay Qurbanova dünya üçüncüsü olub