Vinisius adını "Real"ın tarixinə yazdırdı
15.01.2024 - 09:18
![Vinisius adını "Real"ın tarixinə yazdırdı](https://apasport.az/storage/news/2024/january/15/big/65a4bf8dc085f65a4bf8dc0860170529575765a4bf8dc085d65a4bf8dc085e.jpg)
"Real"ın hücumçusu Vinisius Junior rekord müəllifi olub.
Apasport.az xəbər verir ki, braziliyalı İspaniya Superkubokunun finalının ilk yarısında "Barselona"nın qapısına 3 qol vurub.
O, 7, 10 və 39-cu dəqiqələrdə fərqlənib. 23 yaşlı futbolçu XXI əsrdə "El-klassiko"da ən sürətli het-trikin müəllifi olub.
Qeyd edək ki, matçı 4:1 hesablı qələbə ilə tamamlayan “Kral klubu” İspaniya Superkubokunu öz muzeyinə aparıb.
0
0