Yovetiç Yunanıstana getdi
05.09.2023 - 13:43
“Olimpiakos” daha bir transferini açıqlayıb.
Apasport.az saytı xəbər verir ki, hücumçu Stefan Yovetiç karyerasını Yunanıstan çempionatında davam etdirəcək.
Monteneqro millisinin 33 yaşlı forvardı ilə müqavilə 2024-cü ilin yayına kimi hesablanıb. Futbolçu komandaya azad agent kimi qoşulub.
Qeyd edək ki, Yovetiç ötən mövsüm "Herta"da çıxış edib. O, 18 matçda 4 qol vurub, 3 məhsuldar ötürmə edib.
- Sumqayıt şəhər stadionunda keçiriləcək ilk oyun bəlli oldu
- Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlanıb
- Azərbaycanlı UEFA nümayəndəsi Konfrans Liqasının oyununa təyinat alıb
- “Zirə” 3 futbolçusu ilə müqavilə müddətini uzadıb
- Azərbaycan kuboku: 1\8 final mərhələsinin oyun cədvəli açıqlanıb
0
0