"Yunayted"dən qapıçı transferi - RƏSMİ
14.07.2026 - 19:22
"Mançester Yunayted" heyətini yeni qapıçı ilə gücləndirib.
Apasport.az xəbər verir ki, "qırmızı şeytanlar" Karl Darlounu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı uelsli qolkiperlə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Karl Darlounun son klubu "Lids Yunayted" olub.
0
0