Yunus Akgün əməliyyat olunacaq
07.11.2025 - 13:59
Yunus Akgün əməliyyat olunacaq

“Qalatasaray”ın futbolçusu Yunus Akgün əməliyyat olunacaq.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Yarımmüdafiəçinin 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Yunus bu mövsüm Super Liqada 10 oyunda 2 qol vurub.