“Yuventus” onu istəyir
28.04.2023 - 13:23
“Yuventus” Belçika millisinin üzvünə “elçi düşüb”.
Apasport.az saytı xəbər verir ki, Turin təmsilçisi İngiltərə “Lester”indən yarımmüdafiəçi Yiri Tilemansın transferini reallaşdıra bilər.
“Ağ qaralar”ın bu keçidi istəməsindəki səbəblərdən biri də komandada icarə əsasında çıxış edən Leandro Paredesin hazırkı durumudur. Çünki PSJ-dən icarəyə götürülən argentinalının Fransaya geri dönmək istədiyi bildirilir.
25 yaşlı Tilemans da məhz Paradesin gedişindən sonra italyanlara qoşula biləcək.
Qeyd edək ki, 2019-cu ildən Premyer Liqada top qovan Tilemans bu mövsüm 32 matçda 4 dəfə fərqlənib.
- İngiltərə Premyer Liqası: “Liverpul” və "Çelsi"dən darmadağın
- Şahmatçımız “Dubai Open 2024”-də liderliyini qoruyub
- Daha bir idmançımız Yay Olimpiya Oyunlarına lisenziya əldə edib
- Kərim Benzema “Qızıl top” mükafatını qazandı
- Rusiyadakı beynəlxalq yarışda ölkəmizi təmsil edəcək gimnastlar müəyyənləşib
0
0