“Yuventus”un hücumçusu PSJ yolunda
16.06.2025 - 14:22

“Yuventus”un hücumçusu Duşan Vlahoviç Fransa çempionatına keçə bilər.
Apasport.az xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb.
25 yaşlı forvarda PSJ maraq göstərir. Liqa 1-in çempionu onu hazırkı transfer pəncərəsində heyətinə qatmağa çalışa bilər.
Vlahoviçin dəyəri təxminən 45 milyon avro olaraq qiymətləndirilir. O, son mövsümdə “Yuventus”un heyətində 41 oyunda iştirak edib, 15 qol vurub və 5 məhsuldar ötürmə verib.
- Ansi Aqolli: “Mərhələni keçən tərəf "Qarabağ" olacaq”
- "Qarabağ" və "Neftçi"nin üzvləri Türkiyəyə qarşı matçda məğlub oldular - VİDEO
- Qurban Qurbanov: “Premyer Liqadan maraqlandığım oyunçular var”
- Avropa çempionatı: Badminton millimizin oyunlarının təqvimi açıqlanıb
- Olimpiya oyunlarının yayımında azərbaycanlılar
0
0