Zidanın milliyə keçəcəyi vaxt dəqiqləşdi
22.11.2022 - 17:03
Zinəddin Zidanın Fransa yığmasının sükanı arxasına keçəcəyi vaxt müəyyənləşib.
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Real”ın sabiq çalışdırıcısı 2023-cü ilin ilk ayından millidə çalışacaq.
Hazırda Qətərdə keçirilən dünya çempionatından sonra baş məşqçi Didye Deşamla yollarını ayıracaq Fransa Futbol Federasiyası Zidanla müqavilənin şərtlərini razılaşdırıb. 50 yaşlı mütəxəssisin təyinatı yanvarda açıqlanacaq.
Qeyd edək ki, Zinəddin Zidan məşqçilik karyerası ərzində yalnız “Real”da çalışıb. O, “kral klubu”ndan ötən il ayrılıb.
- Riçard Almeyda: “Avropa klubları bizə yuxarıdan aşağı baxırdılar”
- II Liqa klubunun yeni baş məşqçisi bəlli olub
- "Neftçi" və "İnter"dən qələbə, "Qarabağ" "Sumqayıt"ı darmadağın etdi - YENİLƏNİB
- “Arsenal” “Everton” səfərindən 1 xalla qayıdır
- “Səbail”in legioneri: “Mövsümün əvvəlində heç kim buna inanmırdı” - Müsahibə
0
0