Daha bir idmançımız Yay Olimpiya Oyunlarına lisenziya qazandı
29.05.2024 - 10:31
![Daha bir idmançımız Yay Olimpiya Oyunlarına lisenziya qazandı](https://apasport.az/storage/news/2024/may/29/big/6656ca81805dc6656ca81805dd17169639696656ca81805da6656ca81805db.jpg)
Azərbaycan triatlonçusu Rostislav Pevtsov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Gənclər və İdman Nazirliyindən apasport.az-a verilən məlumata görə, yeni açıqlanan yekun olimpiya reytinqində Pevtsov 52-ci yerdə qərarlaşıb.
Onun lisenziyasını Dünya Triatlonu təsdiqləyib.
Qeyd edək ki, Pevtsov üçüncü dəfə olimpiadada iştirak edəcək.
0
0