“Apasport” uduş sayında “1200”ü keçdi
09.06.2023 - 13:02
“Apasport” uduş sayında “1200”ü keçdi

“Apasport” proqnozsevərlərə kupon təklifində daha bir əlamətdar göstəriciyə imza atıb. 2023-cü ildə bettərlər üçün hazırlanan və uduşla nəticələnən variantların sayı 1200-ü keçib.

Yubiley kuponu iyunun 8-də keçirilən matçlara təsadüf edib. Günün sonunda bu rəqəm 1206-ya yüksəlib.

İlkin arxada qalan 159 gününün hər birində orta hesabla 7,59 uduş qeydə alınıb. Əksər hallarda, o cümlədən son 5 gündə bu rəqəm “10+” olub. Gündəlik uduş rekordu 18-ə bərabərdir.

İlin arxada qalan hissəsindəki uduşlu kuponlar 3414,25 əmsal qazandırıb. Bu da gündəlik 21,47 əmsala bərabərdir.

1206 uduş həm ödənişli, həm ödənişsiz kuponlarda qeydə alınıb. İstər mütəxəssis komandamız, istərsə də ekspertlərimiz Ramil Quliyev, Sənan Ələkbərli, Zaur Məmmədov proqnozsevərlərə saytımızdakı variantlarda sevinc bəxş edib. Bu uğurlar sosial şəbəkələrdə - Tik-Tok, yutub, teleqramda da izləyiciləri sevindirib. Onlarla yanaşı, xarici mütəxəssislər də dəqiq təxminlər verib.
 
Qeyd edək ki, 1206 uduşdan 91-i iyunun arxada qalan 8 günündə yaşanıb. Bu ay 329,82 əmsallıq qazanc qeydə alınıb.

writer photo
Əlirza Əlirzalı
0