İngiltərə son dəqiqə qolu ilə finala yüksəlir - YENİLƏNİB
11.07.2024 - 00:55
İngiltərə son dəqiqə qolu ilə finala yüksəlir - YENİLƏNİB

Bu gün Avropa Çempionatında ikinci finalçının adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, Niderland və İngiltərə yığmaları finala çıxmaq uğrunda mübarizə aparıb. Görüş İngiltərənin 2:1 hesablı qələbəsi ilə bitib. 

AVRO-2024
Yarımfinal
10 iyul
23:00. Niderland – İngiltərə 1:2

Qol: Xavi Simons, 7, H. Keyn, 18 (pen). Vatkins, 90
Baş hakim: Feliks Zvayer (Almaniya)
Siqnal İduna Park

Niderland: 1. Bart Verbruggen, 22. Denzel Dyumfris, 6. Stefan De Vray (k), 4. Vircil Van Dayk, 5. Natan Ake, 24. Cerdi Sxuten, 7. Xavi Simons, 14. Ticcani Reynders, 18. Donye Malen, 10. Memfis Depay, 11. Kodi Qakpo

Baş məşqçi: Ronald Kuman 

İngiltərə: 1. Cordan Pikford, 6. Mark Qui, 5. Con Stounz, 2. Kayl Uolker, 12. Kiran Trippye, 4. Deklan Rays, 26. Kobbi Maynu, 7. Bukayo Saka, 10. Cud Bellinqem, 11. Fil Foden, 9. Harri Keyn (k)

Baş məşqçi: Qaret Sautqeyt

writer photo
Əlirza Əlirzalı
0