Adrian Mutu: “Bəxt "Sabah"ın tərəfində idi”
29.10.2023 - 21:37
Adrian Mutu: “Bəxt "Sabah"ın tərəfində idi”

“Gözəl oyun idi, hər iki komanda mübarizə aparırdı və qələbə qazanmaq istəyirdi. Bəxt və şans rəqib tərəfdə idi”.
Apasport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Adrian Mutu Premyer Liqanın XI turunda "Sabah"a 0:1 hesablı məlubiyyətdən sonra keçirilən mətbuat konfransında deyib.

- Start heyəti bir az təəccübləndirdi. Oyuna başlanğıc planınız nə idi?
- İlk "11-lik"də başlayan futbolçular tapşırıqları yaxşı yerinə yetirdi. Rəqibi öndə sıxmağın öhdəsindən gələ bilirdilər. "Sabah"la ilk matçlar müqayisədə komanda bu gün yaxşı oynadı.

- İki fərqli hissə gördük. İkinci hissədəki zəif oyunun səbəbi nə idi?
- Fərdi səhvlər komandanı arxaya çəkilməyə vadar edirdi. İkinci hissədə hər iki komanda bir-birinə qarşı amansız mübarizə aparırdı. Qələbə qazanmaq istəyi sona qədər var idi. Çünki, heç-heçə ilə razılaşmaq istəmirdik. Bu, futboldur, belə hallar baş verir. Rəqib son saniyələrdə qol vurub qələbə qazandı. Bu gün bəxt "Sabah"ın tərəfində idi. 

- 11 oyunda fərqli start heyəti meydana buraxmısız. İdeal heyəti müəyyənləşdirə bilməmisiz?
- Yox, söhbət ondan getmir. Əlimdə 20 oyunçu var. Start heyəti müəyyənləşdirmək üçün həftə ərzində oyunçulara baxıram. Kim yaxşı formadadırsa, onu meydana buraxıram. Alleqri "Yuventus"da 100-dən çox fərqli heyət buraxıb, "Fiorentina"nın baş məşqçisi 85 fərqli "11-lik"lə oynayıb.
 

writer photo
Əlirza Əlirzalı
0