"Boluspor"un sabiq futbolçusu “Zirə”də
04.08.2022 - 16:24
"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan apasport.az saytına verilən məlumata görə, Bakı təmsilçisi Moiz Adileu ilə anlaşıb.
Müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Benin milli komandasının da üzvü olan 26 yaşlı futbolçu daha əvvəl Fransanın "Valensiyen", "Pau", "Vitre", Slovakyanın "Slovan"(Bratislava), Yunanıstanın "Kerkira", "Levadiakos", Türkiyənin "Boluspor" və Niderlandın NAC "Breda" klubunda da çıxış edib.
0
0